Artıq çəkidən azad olmaq istəyənlər niyə lobyanı seçməlidirlər?

Lobyanı sevməyən az insan tapılar yəqin ki, xüsusilə də lobya pəhriz saxlayan xanımlar üçün əvəzedilməz qidadır.

Lobyanı həm də ona görə sevirəm ki, azkalorili olmağı ilə yanaşı uzun müddət insanı tox saxlayır, bu isə incəlmək istəyənlər üçün vacib məqamdır. Lobyanın daha hansı faydaları var, gəlin baxaq.

Ağ lobya
100 qr-da 102 kalori var. Tərkibi, xüsusilə liflərlə zəngindir, lifli qidalar isə bədənimiz üçün vacibdir, xüsusilə də piylənmədən azad olmaq istəyənlər üçün. Bir stəkan ağ lobya gündəlik lif tələbatını ödəyir.

Şirniyyat yemək istəyini azaldır və buna görə də çoxumuzun “dərdi” olan bel nahiyəsindəki piyləri azaltmış olur.
Tərkibində olan kalsium və maqnezium dişlərin və sümüklərin möhkəmlədir, kalium isə ürəyin ritm pozğunluqları və aterosklerozda xüsusilə faydalıdır.
Davamı →